Kürdəmirdə zəncirvari qəza - Xəsarət alanlar var

kurdemirde-zencirvari-qeza
Oxunma sayı: 307

Kürdəmirdə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə Ağsu–Kürdəmir–İmişli rayonun Təklə kəndinin keçən hissəsində qeydə alınıb.

Belə ki, “Daewoo” markalı avtomobil yol kənarında dayanmış “VAZ-2106” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən nəqliyyat vasitəsi hərəkətdə olan digər “VAZ-2106” markalı avtomobilə dəyib.

Qəza nəticəsində avtomobillərdən biri aşıb. Nəticədə avtomobilin yaxınlığında dayanan rayon sakinləri 1992-ci il təvəllüdlü Kamran Məmmədov və 1999-cu il təvəllüdlü Əlismayıl Əliyev nəqliyyat vasitəsinin altında qalaraq ağır xəsarət alıblar.

Yaralılar Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev