“La Casa de Papel”in “Tokio”su ana oldu - Foto

la-casa-de-papelin-tokiosu-ana-oldu
Oxunma sayı: 666

“La Casa de Papel” serialında canlandırdığı “Tokio” obrazı ilə tanınan ispaniyalı aktrisa Ursula Korbero ilk dəfə ana olub.

“Qafqazinfo” xəbər verir ki, 36 yaşlı ulduzun 9 ildir birlikdə olduğu argentinalı aktyor Çino Darindən oğlu dünyaya gəlib.

Cütlük Barselonada doğulan ilk övladlarına Dante adını verib. Aktrisa sosial şəbəkə hesabında oğlu ilə uşaq otağından görüntülərini paylaşaraq “Salam, mən anayam” (Hola, soy mami) şərhini yazıb. Çino Darin isə oğlunun dünyaya gəlməsini “möhtəşəm bir təcrübə” kimi xarakterizə edib.

Xatırladaq ki, cütlük 2016-cı ildə “Səfirlik” (La Embajada) serialının çəkilişləri zamanı tanış olublar.