“LaLiga Dining & Lounge” şəbəkəsi 4 sentyabr 2026-cı il tarixində Musabəyov parkında yeni filialının rəsmi açılışını keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu, şəbəkənin “Dining & Lounge” formatında olan üçüncü məkanıdır.
Yenidən qurulmuş park Yasamal rayonunda, Əbdürrəhim bəy Haqverdiyev küçəsi 62 ünvanında yerləşir.
Yeni məkan “Laliga” şəbəkəsinin tam hüquqlu park və terras kontekstində fəaliyyət göstərən ilk filialıdır və 300-ə yaxın oturacaq yeri ilə şəbəkənin ən böyük məkanlarından biridir.
Musabəyov parkındakı filial “park-side” formatında mövqeləndirilir — bu, şəbəkədə restoran zallarının, açıq terrasın və park ərazisinin vahid mühit kimi işlədiyi yeganə məkandır.
Ümumi sahəsi təxminən 2 hektar olan park tam yenidən qurulub və sutka boyu açıqdır ki, bu da qonaqlara həm gündüz, axşam, həm də gecə saatlarında istirahət üçün fərqli ssenarilər təqdim edir.
Məkanda ümumi zallar, ayrıca girişi olan şəxsi VİP otaqlar (Netflix, karaoke və PlayStation xidmətləri ilə), karaoke otaqları, lounge zonası və tədbirlər üçün təntənə zalı fəaliyyət göstərir. Belə format ailəvi görüşlərdən və dost məclislərindən korporativ tədbirlərə qədər geniş auditoriyaya xidmət göstərməyə imkan verir.
Filial şəhərin ən dinamik nöqtələrindən birində yerləşir: yaxınlıqda Mətbuat prospekti, Bakı Dövlət Universiteti, Mədəniyyət və İncəsənət Universiteti (təxminən 200 m), “ASAN xidmət” №3 mərkəzi və Yasamal bazarı yerləşir. “Elmlər Akademiyası” və “BDU” metro stansiyaları məkandan təxminən 800 m məsafədədir.
“Musabəyov parkındakı filial bizim üçün sadəcə növbəti ünvan deyil. Bu, LaLiga Dining & Lounge konseptinin park və terras mühitində tam şəkildə reallaşdığı ilk məkandır. Məqsədimiz Bakı sakinlərinə və şəhər qonaqlarına keyfiyyətli mətbəxi, rahat atmosferi və müxtəlif əyləncə formatlarını bir ünvanda təqdim etməkdir”, — deyə, “LaLiga Dining & Lounge” restoranlar şəbəkəsinin təsisçilərindən biri olan Anar Daşdıyev bildirib.
Açılış günü qonaqlara furşet, canlı ifalar və DJ proqramı, qəlyan növlərinin dequstasiyası, habelə karaoke və PlayStation otaqları ilə tanışlıq imkanı təqdim olunub.
Tədbirdə media nümayəndələri, tərəfdaşlar və sosial media nümayəndələri iştirak edib.
“LaLiga Dining & Lounge” Musabəyov parkı filialı 5 sentyabr 2026-cı il tarixindən etibarən bütün qonaqlar üçün açıqdır.
Şəbəkə Bakı sakinlərini və şəhər qonaqlarını yeni məkanı ziyarət etməyə, park mənzərəli terrasda, ümumi zalda və ya şəxsi VİP otaqlarda “LaLiga” keyfiyyətini və xidmət səviyyəsini şəxsən yaşamağa dəvət edir.
Masaların və otaqların rezervasiyası WhatsApp, sosial şəbəkə səhifələri, telefon və ya sayt vasitəsilə həyata keçirilir.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, 62 (Musabəyov parkı)
İş saatları: Hər gün saat 12:00-dan növbəti gün səhər saat 06:00-dək
Rezervasiya: +9940503009393
Sayt: https://laliga.az/
Instagram: laligadininglounge






















Son xəbərlər
Son Xəbərlər