Laricaninin öldürülməsini terror aktı adlandırdılar

laricaninin-oldurulmesini-terror-akti-adlandirdilar
Oxunma sayı: 938

İranın Xarici İşlər Nazirliyi ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsini terror aktı adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran XİN-in yaydığı bəyanatda deyilir.

Bununla yanaşı, Tehran BMT Təhlükəsizlik Şurasını və digər beynəlxalq təşkilatları Laricaninin öldürülməsində iştirak edənləri cinayət məsuliyyətinə cəlb etməyə çağırıb. 

Xatırladaq ki, martın 17-də İsrail Müdafiə Qüvvələri Əli Laricaninin Tehrana aviazərbələr nəticəsində öldürülməsi barədə məlumat yayıb. İran hökuməti daha sonradan xəbəri təsdiq edib.