Lavrov Araqçı ilə görüşəcək

lavrov-araqci-ile-gorusecek
Oxunma sayı: 1202

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan iranlı həmkarı Abbas Araqçı ilə danışıqlar aparacaq. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb.

Qeyd edək ki, Abbas Araqçı bu gün Rusiyaya rəsmi səfər edib. Onun səfəri aprelin 18-nə qədər davam edəcək.