“ABŞ zərurət yaranarsa, İrana qarşı hərbi gücdən istifadə etməyə hazır olacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib.
“Əgər bu, lazım gələrsə, bəli”, - deyə ABŞ lideri mövzu ilə bağlı suala cavab verərkən deyib.
Onun sözlərinə görə, Omanda ABŞ ilə İran arasında keçiriləcək konsultasiyalar hələ uzun prosesin sadəcə başlanğıcıdır.
Xatırladaq ki, aprelin 12-də ABŞ və İran nümayəndələri arasında görüş baş tutacaq. ABŞ nümayəndə heyətinə Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff, İran nümayəndə heyətinə isə XİN rəhbəri Abbas Araqçı rəhbərlik edəcək.