Lənkəranda dərmanlama işləri aparılır - Fotolar

lenkeranda-dermanlama-isleri-aparilir
Oxunma sayı: 306

Lənkəran rayonunun Nərimanabad, Üzümçülük, Liman, Port, Şirinsu, Boladi və Zövlə kəndlərinin ərazilərində Amerika ağ kəpənəyinə qarşı mübarizə işləri aparılır. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi (KTN) məlumat yayıb.

Bildirilib ki, ​zərərvericinin arealının genişlənməsinin qarşısını almaq və bitki sağlamlığını qorumaq üçün ümumilikdə 500 hektar ərazidə müvafiq tədbirlər görülür.

Xüsusi texnika və təsirli preparatların tətbiqi ilə həyata keçirilən çiləmə işlərində əsas hədəf bitkilərə ciddi ziyan vuran bu zərərvericinin populyasiyasını əhəmiyyətli dərəcədə azaltmaqdır. 

​Qeyd edək ki, Amerika ağ kəpənəyi həm meyvə, həm də meşə ağacları üçün böyük təhlükə yaradan zərərvericilərdən biridir. Onun vaxtında aşkarlanması və məhv edilməsi məhsuldarlığın artırılması, eləcə də kənd təsərrüfatı məhsullarının keyfiyyətinin qorunmasında vacib şərtdir.

Xatırladaq ki, məsələ ilə bağlı Lənkəran sakinləri də “Qafqazinfo”ya müraciət etmişdi.