Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur.
“Qafqazinfo” xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb.
Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dolu müşahidə olunub.
Hazırda bölgədə yağışlı və küləkli hava şəraiti davam edir.
Surxay Şahbazov

Son xəbərlər
Son Xəbərlər