Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil edilən bayram şənliyindən görüntülər paylaşıb.
“Qafqazinfo” xəbər verir ki, o, instaqram səhifəsində etdiyi paylaşımına bu sözləri yazıb:
“Uşaqlarla birlikdə xoş və unudulmaz bayram tədbiri keçirdik. Bu gözəl gündə 1958-ci ildən nəşr olunan “Göyərçin” jurnalının Yeni ilə həsr olunmuş xüsusi buraxılışını jurnalın baş redaktoru Rafiq Yusifoğlu ilə birlikdə balaca dostlarımıza təqdim etdik.
Bayram sevincini bizimlə bölüşdüyü üçün Faiq Ağayevə təşəkkür edirəm”.
Son xəbərlər
Son Xəbərlər