Leyla Medical Centerin Pediatriya və Neonatologiya şöbəsi peşəkar həkimlər tərəfindən 24 saat ərzində fasiləsiz tibbi xidmət göstərməkdədir.
Yeni doğulan körpələrə ən müasir avadanlıqlarla təchiz edilmiş şöbədə xaricdə təhsil almış təcrübəli pediatr-neonatoloqlar tərəfindən beynəlxalq standartlara cavab verən ilkin neonatoloji xidmətlərdən başlayaraq, reanimasiya, intensiv terapiya, ikinci dərəcə qulluq və terapiyaya qədər geniş spektrli xidmətlər göstərilir.
Şöbədə sağlam uşaqların fiziki və psixi inkişafına kontrol təqib və beynəlxalq standartlara uyğun planlı və təcili peyvənd həyata keçirilir.
Təcili və təxirəsalınmaz hallarda ev və ya mobil telefonlardan Mərkəzin *0101 nömrəsinə zəng etməklə Pediatrik Təcili Tibbi yardım çağırışı edə bilərsiniz. Beynəlxalq standartlara uyğun olaraq Pediatrik Təcili Tibbi yardım maşını 3 dəqiqə ərzində klinika ərazisini tərk edir. Ehtiyac olduğu halda pasiyent ünvandan alınır, peşəkar tibbi briqada tərəfindən ilk tibbi yardım göstərilərək klinikaya çatdırılaraq, Pediatrik Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilir.
Şöbədə yüksək səviyyəli xidmət, müasir avadanlıqlar və regionun ən peşəkar həkimləri ilə yanaşı klinikalar arasında süni tənəffüs aparatı ilə təchiz edilmiş "TRANSPORT KÜVEZ" ilə daşınması həyata keçirilir. Yenidoğulmuşların daşınması peşəkar mütəxəssislər tərəfindən klinikaya çatdırılır, qarşılanır və neonatoloji şöbəyə yerləşdirilir.
Klinikada ambulator və stasionar şəraitdə balaca pasiyentlərə göstərilən tibbi xidmətlə yanaşı, analara uşağın sağlamlığı və inkişafı haqqında vacib məlumatlar verilir ki, bu da kompleks şəkildə tez bir zamanda uşağın sağalması və gələcək inkişafında mühüm rol oynayır.
Son 10 il ərzində həkimlər tərəfindən 20000-dən artıq pediatrik müayinələr həyata keçirilib.
Övladlarınızın sağlamlığını peşəkarlara etibar edin!
Online randevu sistemi ilə artıq mərkəzdə uzun zaman növbə gözləməyə ehtiyac qalmır. *0101 Çağrı Mərkəzinə zəng edərək online həkim qəbullarına yazılaraq həm öz, həm övladınızın rahatlığını təmin edə bilərsiniz.
Sizin sağlamlığınız-bizim dəyərimizdir!
Leyla Medical Center
Ünvan : Xətai r-nu,Y. Səfərov küç.19