Leyla Şəripova Almaniyada vəfat edib

leyla-seripova-almaniyada-vefat-edib
Oxunma sayı: 4079

Azərbaycan və Tacikistan SSR-nin Xalq artisti, müğənni Leyla Şəripova dünyasını dəyişib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, sənətkar 92 yaşında Almaniyanın Düsseldorf şəhərində vəfat edib.

Onun ölüm səbəbi açıqlanmır.

Qeyd edək ki, L. Şəripova 1931-ci il iyunun 22-də Bakıda anadan olub. Şəripovanın repertuarında Azərbaycan, türk, əfqan, türkmən, ərəb, fars, özbək və ispan mahnıları olub. 1988-ci ildən Almaniyanın Düsseldorf şəhərində yaşayırdı.