Bakı şəhərinin Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən yaşayış binasının liftində qadın sakin köməksiz vəziyyətdə qalıb.
“Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftin qapısı açılaraq bina sakini xilas edilib.
Son xəbərlər
Son Xəbərlər