Lixtenşteyn - Azərbaycan matçının hakimləri açıqlandı

lixtensteyn-azerbaycan-matcinin-hakimleri-aciqlandi
Oxunma sayı: 513

UEFA Millətlər Liqasında Lixtenşteyn ilə Azərbaycan arasında keçiriləcək görüşün hakimləri bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanı Estoniyadan olan hakimlər idarə edəcək.

Oyunun baş hakimi Kristo Toverdir. Ona həmyerliləri Silver Koiv və Sander Saqa kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Yoonas Yaanovits yerinə yetirəcək. VAR-da Marko Liiva və Yuri Frişer işləyəcək.

Qarşılaşma noyabrın 13-ü keçiriləcək və matça Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.