Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Mühafizəkarlar Partiyasının yeni lideri və ölkənin Baş naziri seçilib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Mühafizəkarlar Partiyasının 81 326 üzvü 47 yaşlı Trassın namizədliyinə səs verib.
Onun 42 yaşlı rəqibi, keçmiş maliyyə naziri Rişi Sunak isə 60 399 səs toplayıb.
Bununla da, Liz Trass sentyabrın 6-sı Boris Consonu Baş nazir postunda əvəzləyəcək və hökumətin yeni tərkibini təyin edəcək.
Xatırladaq ki, Boris Conson iyulun 7-si Mühafizəkarlar Partiyasının lideri və Baş nazir postundan istefa verib.
Son xəbərlər
Son Xəbərlər