Şahzadə Harri və həyat yoldaşı Meqan Markl ABŞ-dən Böyük Britaniyaya qayıtdıqdan sonra ilk dəfə ictimaiyyət arasına çıxıblar.
“Qafqazinfo” “People” nəşrinə istinadən xəbər verir ki, cütlük birlikdə Nottinqem şəhərinə səfər ediblər və burada sakinlərlə görüşüblər.
Bildirilib ki, onları şəhərdə 100 nəfərdən ibarət qrup qarşılayıb.
Qeyd edək ki, M.Markl və şahzadə Harri avqustun sonunda Britaniyaya qayıdıblar. 2018-ci ildə ailə quran cütlük kral ailəsi ilə fikir ayrılıqlarından sonra ABŞ-yə köçüb və 6 il Kaliforniyada yaşayıb. Onların 7 yaşlı Arçi adlı oğlu və 5 yaşlı Lilibet adlı qızı var.





Son xəbərlər
Son Xəbərlər