Lukaşenko 86,82% səslə seçkilərdə qalib gəldi - Yenilənib

lukasenko-8682-sesle-seckilerde-qalib-geldi
Oxunma sayı: 4585

Belarusda prezident seçkiləri ilə bağlı səsvermə başlayıb.

“Qafqazinfo” BELTA-ya istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə 09.00) başlayıb.

6,9 milyon Belarus seçicisi 5 325 seçki məntəqəsində səs verə biləcək ki, onlardan 207-si xəstəxana, sanatoriya, istirahət evləri və digər müvəqqəti yaşayış yerlərində, 12-si isə hərbi hissələrdə təşkil olunub.

Seçkilərdə prezidentliyə 5 namizəd mübarizə aparır. Bunlar Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko, Anna Kanopatskaya, Oleq Qaydukeviç, Sergey Sırankov və Aleksandr Xijnyakdır.

Səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq.

***

“Belarusda seçicilərin 50 %-dən çoxu prezident seçkisində səs verib, seçki baş tutub”.

Bu barədə respublikanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Son məlumata görə, seçici iştirakı 56,64 % təşkil edib.

***

Belarusda keçirilən prezident seçkilərində seçicilərin 75,49 faizi iştirak edib. 

Bu haqda respublika Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko deyib.

***

Belarus Gənclər Təşkilatları Komitəsinin exit-pollunun nəticələrinə görə, Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko 87,6% səslə prezident seçkilərində qalib gəlir.

***

Respublikanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 5,3 mindən çox seçki məntəqəsində 6,9 milyondan çox vətəndaş səs verib.

***

Belarus MSK-nın məlumatına görə, ilkin nəticələrə əsasən, Lukaşenko səslərin 86,82 faizini toplayaraq seçkidə qalib gəlib.

Bununla belə, Oleq Qaydukeçiv 2,02 faiz, Anna Kanopatskaya 1,86 faiz, Sergey Sırankov 3,21 faiz, Aleksandr Xijnyak isə 1,74 faiz səs toplayıb. 

Qeyd edək ki, Belarusda seçkilərin yekun nəticələri 10 gün ərzində, fevralın 5-dən gec olmayaraq açıqlanacaq.