Türkiyə millisinin keçmiş futbolçusu, “Şaxtyor Donetsk”in baş məşqçisi Arda Turanın həyat yoldaşı Aslıhan Doğan Turan İstanbulun Etiler səmtində görüntülənib.
“Qafqazinfo” xəbər verir ki, o, dəbdəbəli tərzi ilə gündəmə gəlib.
Görüntülərdə Turanın istifadə etdiyi lüks “Rolls‑Royce Cullinan” avtomobili və bahalı çantası diqqət çəkib. Bildirilir ki, avtomobilin bazar dəyəri təxminən 2,1 milyon avro civarındadır.
Aslıhanın avtomobilinin rənginə uyğun seçdiyi “Hermes” çantasının isə təxminən 22 min 690 dollar dəyərində olduğu qeyd edilir.
Qeyd edək ki, Aslıhan Doğan Turan daha əvvəl verdiyi açıqlamalarda “Hermes” çantalarına xüsusi marağı olduğunu bildirmişdi. O, bu aksesuarları sadəcə dəb elementi kimi deyil, həm də investisiya kimi qiymətləndirdiyini demişdi:
“Hermes”dən başqa heç bir çanta istifadə etmirəm. Bu çantaları həm də investisiya kimi görürəm”.
Görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirə olunub.
Son illərdə məhdud sayda istehsal olunan lüks çantaların investisiya vasitəsi kimi dəyərləndirilməsi də Turanın seçimi fonunda yenidən müzakirə mövzusu olub.


Son xəbərlər
Son Xəbərlər