Lunyov ən zəif qapıçı oldu

lunyov-en-zeif-qapici-oldu
Oxunma sayı: 923

2025/26 mövsümünün ilk hissəsinin yekunlarına əsasən Rusiya Premyer Liqasında 18 turdan sonra ən yaxşı qapıçı müəyyənləşib. 

“Qafqazinfo” xəbər verir ki, qapıçıların performansı buraxılan qolların sayı, “quru” oyunlar, seyv sayı və seyv faizi üzrə müqayisə olunub.

Hazırda ən yüksək göstəriciyə “Baltika”nın qapıçısı Maksim Borisko sahibdir – 60 xal.

İlk üçlüyə həmçinin Zenit”dən Denis Adamov (54 xal) və ÇSKA-nın qapıçısı İqor Akinfeyev (51 xal) daxil olub.

Mövsümün bu mərhələsində ən zəif göstərici isə “Dinamo”nun qapıçısı Andrey Lunyova məxsusdur – 25 xal. “Qarabağ”ın sabiq üzvü bu mövsüm Premyer Liqada 11 oyunda meydana çıxıb, 16 qol buraxıb.

Xatırladaq ki, Lunyov 2023/24 mövsümündə “Qarabağ”da oynayıb. Müqavilə müddəti başa çatdıqdan sonra Ağdam klubu ilə razılığa gələ bilmədiyi üçün o, komandadan ayrılıb.