Luvr muzeyində su sızması - Əsərlər zədələndi

luvr-muzeyinde-su-sizmasi
Oxunma sayı: 315

Fevralın 13-nə keçən gecə Parisdəki Luvr muzeyində otaqlardan birini su basıb. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda “BFMTV” məlumat yayıb.

Subasma Luvrun texniki xidmətləri tərəfindən “fövqəladə hal” kimi təsnif edilib. Bu, “Duchâtel” kimi tanınan 707-ci nömrəli otaqda baş verib. Orada əsərlərə ciddi ziyan dəyib.

Üst mərtəbələrdən birində baş verdiyi güman edilən əhəmiyyətli su sızmasına boru xətası səbəb ola bilər. Məlumata görə, 706-dan 708-ə qədər olan zallar hazırda bağlıdır.

Xatırladaq ki, ötən il oktyabrın 19-da naməlum şəxslər Luvr muzeyinə daxil olaraq cəmi yeddi dəqiqə ərzində imperator Napoleonun kolleksiyasına daxil olan 9 əşyanı oğurlayıblar. Həmin əşyaların ümumi dəyəri 88 milyon avro qiymətləndirilir.