Luvr muzeyinin direktoru istefa verdi

luvr-muzeyinin-direktoru-istefa-verdi
Oxunma sayı: 192

Fransada son zamanlar gündəmdən düşməyən (soyğunçuluq, işçilərin tətilləri və su sızması problemi) Luvr muzeyinin direktoru istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Yelisey Sarayı açıqlama yayıb.

Belə ki, muzeyin direktoru Laurens des Cars istefa ərizəsini Fransa Prezidenti Emmanuel Makrona təqdim edib.

Açıqlamada həmçinin qeyd olunub ki, dünyaşöhrətli mədəniyyət müəssisəsi muzeyin daha təhlükəsiz və müasir olması üçün fəaliyyəti çərçivəsində yeni təşəbbüsə ehtiyac duyur.

Bundan başqa, açıqlamada bildirilir ki, Makron des Carsa Fransanın G7-yə sədrliyi çərçivəsində üzv ölkələrin əsas muzeyləri arasında əməkdaşlıq etməyi tapşırıb.