Azərbaycanda ilk dəfə Lynk&Co brendi öz müştəriləri və avtomobil həvəskarları üçün xüsusi bir tədbir – Co:Fans Networking təşkil etdi.
İsveçin təhlükəsizlik və texnologiya ənənələri ilə Çin innovasiyasını özündə birləşdirən Lynk&Co ölkəmizdə son zamanların ən çox diqqət çəkən avtomobil markalarından biridir.
Tədbirin əsas məqsədi Lynk&Co sahibləri ilə daha yaxın təmas qurmaq və avtomobilsevərləri bir araya gətirmək idi. Co:Fans tədbiri dünyanın bir çox ölkəsində keçirilir və brendin cəmiyyətlə sıx əlaqəsini ön plana çıxarır.
Avtomobil blogerlərinin, influenserlərin, eləcə də xüsusi dəvətli qonaqların iştirak etdiyi tədbirin ən yadda qalan anlarından biri isə yeni Lynk&Co 07 və Lynk&Co 08 modellərinin Azərbaycanda ilk dəfə rəsmi təqdimatı oldu. Göz oxşayan dizayn, qabaqcıl texnologiyalar və üstün performans xüsusiyyətləri ilə seçilən bu modellər tədbir iştirakçılarının böyük marağına səbəb oldu.
Lynk&Co, bu istiqamətdə fəaliyyətini davam etdirərək yerli bazarda unikal yanaşması ilə fərqlənməyə davam edəcək.
Yeni modellərlə tanış olmaq üçün siz də Əhməd Rəcəbli 40B ünvanında yerləşən Lynk&Co rəsmi satış mərkəzinə yaxınlaşa bilərsiniz.
Əlaqə üçün:
lynkco.az
Əhməd Rəcəbli 40B
*5544
012 565 57 73