“Macarıstan buna icazə verməyəcək”

macaristan-buna-icaze-vermeyecek
Oxunma sayı: 609

Kiyev “Drujba” kəməri ilə Macarıstana neft tədarükünün qarşısını alana qədər Budapeşt Ukraynanın 90 milyard avro kredit almasına icazə verməyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Peter Siyarto feysbuk səhifəsində videomüraciətində bildirib.

“Ukrayna vasitəsilə Rusiyadan Macarıstana neft nəqli bərpa olunana qədər Budapeşt Aİ tərəfindən ayrılan 90 milyard avroluq hərbi kreditin ödənilməsinə mane olacaq”, - nazir deyib.