Macarıstanı səsvermə hüququndan məhrum etmək istəyirlər

macaristani-sesverme-huququndan-mehrum-etmek-isteyirler
Oxunma sayı: 812

Avropa İttifaqı Şurası Macarıstanın ittifaqda səsvermə hüququndan məhrum edilməsi məsələsinə dair dinləmələr keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat qurumun saytında yer alıb. 

Bildirilib ki, məsələ ilə bağlı dinləmələr mayın 27-də Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsinə əsasən həyata keçiriləcək.

Qeyd edək ki, sözügedən maddə ittifaqa üzv ölkələrin ayrı-ayrı hüquqlarının, eləcə də Aİ Şurasında ölkənin nümayəndəsinin səsvermə hüququnun dayandırılması imkanlarını nəzərdə tutur. 

Onu da bildirək ki, bundan əvvəl, Britaniyanın “Financial Times” qəzetinin yaydığı məlumata görə, Budapeştin ittifaqın həlledici qərarlarını bloklamak ehtimalını nəzərə alaraq, Aİ-nin bir çox məmuru Macarıstanın səsvermə hüququndan məhrum edilməsi məsələsini müzakirə ediblər.