Madonna kinoya qayıdır - Bu serialda rol alacaq

madonna-kinoya-qayidir
Oxunma sayı: 351

Madonna 25 illik fasilədən sonra mavi ekranlara qayıdır. 

“Qafqazinfo” xəbər verir ki, əfsanəvi pop-diva məşhur “The Studio” serialının ikinci mövsümünün aktyor heyətinə qoşulub. 

Ulduzun yeni ampluası haqqında şayiələr Madonnanın Venesiyada çəkiliş meydançasında görülməsindən sonra öz təsdiqini tapıb. Onun sosial şəbəkələrdə ssenari ilə birlikdə paylaşdığı şəkil isə layihəyə marağı daha da artırıb.

Qeyd edək ki, Madonna üçün bu qayıdış kino səhnəsində revanş şansı hesab olunur. Belə ki, onun 2002-ci ilə aid “Swept Away” filmindəki son böyük kino təcrübəsi böyük uğursuzluqla nəticələnmişdi. Filmin uğursuzluğu pop-divaya “Ən pis qadın rolu” nominasiyası da daxil olmaqla, bir neçə “Qızıl moruq” mükafatı qazandırmışdı.