Madrid derbisində qol yağışı - Ronaldo da izlədi+ Video

madrid-derbisinde-qol-yagisi
Oxunma sayı: 2056

İspaniya La Liqasının 29-cu turunda Madrid derbisi baş tutub.

“Qafqazinfo” xəbər verir ki, “Real Madrid” doğma meydanda “Atletiko Madrid”i məğlub edib.

3:2 hesabı ilə bitən qarşılaşmada “Real”ın qollarını Vinisius Junior (52 və 72-ci dəqiqələr) və Federiko Valverde (55-ci dəqiqə) vurub. “Atletiko”da isə Ademola Lukman (33-cü dəqiqə) və Naüel Molina (66-cı dəqiqə) qapıçını keçməyi bacarıb.

Qarşılaşmanı izləyənlər arasında “Real”ın sabiq ulduzu Kriştianu Ronaldo da olub. O, “Santayqo Bernabeu”da keçmiş komandasının qələbəsinə şahidlik edib.

Bu qələbə ilə “Real Madrid” xallarını 69-a çatdırıb. La Liqanın turnir cədvəlinə 4 xal fərqlə “Barselona” liderlik edir.