ABŞ Dövlət katibi Marko Rubio sosial mediada geyimi ilə gündəm olub.
“Qafqazinfo” xəbər verir ki, o, saxlanılaraq ABŞ-yə aparılan Venesuela lideri Nikolas Maduro ilə əlaqələndirilən “Nike” idman geyimində görüntülənib.
Ağ Evin kommunikasiya direktoru Stiven Çeunq “X” platformasında Rubionun boz rəngli idman geyimində fotosunu paylaşaraq “Katib Rubio “Air Force One”da “Nike Tech” “Venesuela” üslubunda” ifadəsini yazıb.
Sosial şəbəkələrdə sürətlə yayılan görüntü istifadəçilər tərəfindən “Maduromaxxing” kimi adlandırılıb.
Qeyd edək ki, bu idman geyimi daha əvvəl Maduro ilə bağlı yayılan görüntülərdə diqqət çəkmiş və internetdə viral olmuşdu. Hətta həmin fotolardan sonra oxşar geyimlərin satışında artım qeydə alındığı bildirilmişdi.

Son xəbərlər
Son Xəbərlər