Madyar bu tarixdə and içəcək

madyar-bu-tarixde-and-icecek
Oxunma sayı: 438

Macarıstanda keçirilən son parlament seçkilərində qalib gələn “Tisza” partiyasının lideri Peter Madyarın baş nazir kimi andiçmə mərasimi mayın 9-da keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Madyar özü “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Mayın 9-da baş nazirin rəsmi andiçmə mərasimindən sonra siyasi dəyişiklikləri qeyd etmək üçün Budapeştdə Koşut meydanında bayram tədbiri keçirəcəyik”, - paylaşımda deyilir.

Xatırladaq ki, aprelin 12-də Macarıstanda parlament seçkiləri keçirilib. Seçkilərin nəticələrinə əsasən, Avropa parlamentinin deputatı, mühafizəkar siyasətçi Peter Madyarın rəhbərlik etdiyi “Tisza” partiyası parlamentdə konstitusiya çoxluğunu əldə edib. 16 ildir hakimiyyətdə olan V.Orban rəsmən məğlubiyyətini etiraf edib.