Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəzada sürücü, həmyerlisi olan iki nəfər sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Qəzada xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılardan, Masallı rayon sakini, 1970-ci il təvəllüdlü Müşviq Mikayılov orada ölüb.
Digər sərnişin, Masallı rayon sakini, 1957-ci il təvəllüdlü Əzəmət Əkbərovun müalicəsi davam etdirilir.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər