Mahir Emrelidən Almaniyada gözəl qol - Video

mahir-emreliden-almaniyada-gozel-qol
Oxunma sayı: 14838

Almaniya 2-ci Bundesliqasında 29-cu turunun matçları keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Nürnberq” səfərdə “Kayzerslautern”lə qarşılaşıb.

Yığmamızın hücumçusu uzun fasilədən sonra start heyətində yer alıb. 

M.Emreli 68-ci dəqiqədə komandasının ikinci qolunu vurub və “Nürnberq”ə qələbə qazandırıb. 

Bu onun Almaniya təmsilçisinin heyətində 5-ci qolu olub. 

“Kayzerslautern” - “Nürnberq” - 1:2
Qollar: Fabio Qruber, 14 (0:1), Mahir Emreli, 68 (0:2), Marlon Ritter, 72-pen. (1:2)