Almaniya II Bundesliqasında IX turun oyunları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” klubu səfərdə “Qroyter”lə qarşılaşır.
Emreli start heyətdə meydana çıxıb. O, 13-cü dəqiqədə 25 metrlik məsafədən qol vurmaqla hesabı açıb.
Hazırda oyunda 1-ci hissə oynanılır. Qarşılaşmada qonaqlar 3:0 hesabı ilə öndədirlər.
Mahirin vurduğu qolu təqdim edirik:
***
Almaniya II Bundesliqasında IX tura yekun vurulub.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” səfərdə “Qroyter”i 4:0 hesabı ilə məğlub edib.
M.Emreli qarşılaşmanın 13-cü dəqiqəsində baxımlı qola imza atıb.
Bu nəticədən sonra xallarını 13-ə çatdıran “Nürnberq” 9-cu sıraya yüksəlib.