Mahir Quliyevin cəzaçəkmə yeri dəyişdi

mahir-quliyevin-cezacekme-yeri-deyisdi
Oxunma sayı: 3037

Biləsuvarın 8 il 3 ay həbs cəzasına məhkum edilmiş sabiq icra başçısı Mahir Quliyevin cəzaçəkmə yeri dəyişdirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmə məhkumun xəstəliyi ilə bağlı belə qərar qəbul edib.

Mahir Quliyev ciddi rejimdən daha yüngül- ümumi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb.

Qeyd edək ki, eks-icra başçısı 2020-ci ildə korrupsiya ittihamı ilə həbs edilib. 5 ildir həbsdədir. O, hazırda həkim nəzarətində saxlanılır.

Sail Ağasəlim