“Makron devrildi” deyib jandarmı güllələdi - Fransada kuryoz hadisə

makron-devrildi-deyib-jandarmi-gulleledi
Oxunma sayı: 542

Fransada ölkə Prezidenti Emmanuel Makronun inqilabla devrildiyinə inanan 82 yaşlı təqaüdçü bunu qeyd etmək üçün tüfənglə küçəyə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Prokurorluqdan bildirilib ki, Nojan-le-Rotr şəhər sakini olan qoca əlində silah və patronlarla evdən çıxaraq, “Bu bir inqilabdır”, “Makron devrildi” deyə qışqırmağa başlayıb.

Məlumata görə, hadisədən duyuq düşən həyat yoldaşı dərhal jandarmaya zəng edib. Əraziyə gələn 5 hüquq-mühafizə əməkdaşı təqaüdçünü həyətdəki sidr ağacının arxasında əlində tüfənglə pusquda duran vəziyyətdə tapıb. Jandarmlar onunla danışığa başlayıb yaxınlaşmaq istəyərkən, qoca qəfildən onlara tərəf 3 dəfə atəş açıb və nəticədə iki asayiş keşikçisini ayağından yaralayıb.

Qeyd olunur ki, atəş açdıqdan sonra evin zirzəmisinə qaçaraq gizlənən fransızın hadisə zamanı öz əlinə də güllə dəyib. O, təxminən 4 saatlıq müqavimətdən sonra təslim olub. Əlindəki güllə çıxarıldıqdan sonra saxlanılan şəxsin bu gün psixoloji ekspertizadan keçirilməsi planlaşdırılır.