Fransa Prezidenti Emmanuel Makronun NATO sammiti çərçivəsində Ankarada keçirilən rəsmi ziyafətdə Türkiyənin birinci xanımı Əminə Ərdoğanla bağlı hərəkəti gündəm olub.
“Qafqazinfo” xəbər verir ki, NATO liderləri və xanımlarının şərəfinə təşkil edilən şam yeməyinə qatılan Fransa dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan tərəfindən qarşılanıb.
Görüş zamanı E. Makron Əminə Ərdoğanın əlini öpmək istəsə də, Türkiyənin birinci xanımı buna icazə verməyib.
Həmin maraqlı anlar kameralara anbaan yansıyıb.
Son xəbərlər
Son Xəbərlər