Makron İvanişviliyə zəng etdi

makron-ivanisviliye-zeng-etdi
Oxunma sayı: 2235

Fransa Prezidenti Emmanuel Makronla Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı sözügedən partiyanın Mətbuat xidməti yayıb. 

Bildirilib ki, tərəflər söhbət zamanı Gürcüstandakı cari vəziyyəti müzakirə ediblər: “Makron ölkədə vəziyyətin sabitləşdirilməsi üçün dəstək verməyə hazır olduğunu ifadə edib”.

Telefon danışığının bir saatadək davam etdiyi qeyd olunub. Bununla belə, Makronla İvanişvili bir neçə gündən sonra yenidən söhbət aparmaq barədə razılığa gəlib.