Fransa Prezidenti Emmanuel Makron Rio-de-Janeyroda keçirilən G20 sammitində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşərək əlini sıxıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı görüntüləri TASS yayıb.
Daha sonra Lavrov Makronla əl sıxışması barədə açıqlama verib.
“İnsanlar bir-birini tanıyırsa, onların təmsil etdiyi ölkələr arasında dərin ziddiyyətlər varsa, amma hardasa ictimai yerdə rastaşırlarsa, onların bir-birlərinə salam verməsi tamamilə normaldır. Düşünürəm ki, bir çox Avropa liderlərinin Rusiya nümayəndələrini dəhlizdə və ya şəkil çəkdirərkən görəndə onlardan çəkinməsi qeyri-normal haldır”, - deyə nazir bildirib.
Xatırladaq ki, ABŞ, Fransa və Böyük Britaniya öz uzaqmənzilli raketləri ilə Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə icazə verib.
Həmin görüntüləri təqdim edirik: