Makronun gözü qızardı, xanımından şübhələndilər

makronun-gozu-qizardi-xanimindan-subhelendiler
Oxunma sayı: 998

Fransa Prezidenti Emmanuel Makron bu gün ölkənin Silahlı Qüvvələri qarşısında çıxışı zamanı sağ gözünün qızarması və şişməsi ilə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Mərasimə gün eynəyi ilə gələn, lakin çıxış zamanı onları çıxaran Makron görünüşü ilə bağlı zarafat etməkdən də çəkinməyib. O, gözünün vəziyyətini məşhur “Rokki” filmindəki “Eye of the Tiger” mahnısına bənzədib.

Qeyd edək ki, Prezident bu vəziyyətin tamamilə zərərsiz olduğunu desə də, sosial şəbəkə istifadəçiləri hadisəni yenidən onun həyat yoldaşı ilə əlaqələndiriblər. Belə ki, 2025-ci ilin may ayında cütlüyün Vyetnama gəlişi zamanı təyyarənin qapısında Bricit Makronun ərinə qarşı sərt jesti – əlini onun üzünə vurması kameralara düşmüşdü. Həmin vaxt Yelisey Sarayı bu görüntüləri “zarafat” kimi qiymətləndirsə də, internet istifadəçiləri Makronun bugünkü görüntüsünü yenidən həyat yoldaşı ilə “kiçik mübahisə”nin nəticəsi kimi şərh ediblər.

Xatırladaq ki, Makron hərbi qulluqçular qarşısındakı çıxışında həmçinin ordunun yenidən silahlanması və Qrenlandiyada Danimarkaya dəstək üçün fransız qoşunlarının göndərilməsi kimi strateji məsələlərə toxunub.