Fransa Prezidenti Emmanuel Makronun Suriyaya səfəri zamanı qaldığı hotelin yaxınlığında partlayışlar baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Suriyanın paytaxtı Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayış səsləri eşidilib. Bundan sonra yollar bağlanıb və təhlükəsizlik tədbirləri görülüb”, - təhlükəsizlik xidmətindəki mənbə agentliyə bildirib.
Hadisənin avtomobilin partladılması nəticəsində baş verdiyi bildirilir.
Məlumata görə, hadisə Fransa Prezidenti ərazini tərk etdikdən sonra baş verib. Onun Suriya lideri Əhməd əş-Şara ilə görüşə gedərkən partlayış səslərini eşitmədiyi bildirilir.
***
Dəməşqdə baş verən partlayışlar nəticəsində azı 18 nəfər xəsarət alıb, onların dördü polis əməkdaşıdır.
Məlumata görə, partlayıcı qurğular hələ işə düşməmişdən əvvəl aşkar edilib, lakin minaaxtaranlar onları zərərsizləşdirməyə imkan tapmayıblar.
Son xəbərlər
Son Xəbərlər