Maliyyə konsaltinqi sahəsində 6 illik təcrübə - 120-dən çox müəssisəyə xidmət

maliyye-konsaltinqi-sahesinde-6-illik-tecrube
Oxunma sayı: 248

Azərbaycanda maliyyə və konsaltinq bazarında fəaliyyət göstərən “İmperiya Consulting” MMC artıq 6 ildir ki, müxtəlif sahələr üzrə fəaliyyət göstərən müəssisələrə peşəkar xidmətlər təqdim edir.

“Qafqazinfo” xəbər verir ki, şirkət bu müddət ərzində 120-yə yaxın müəssisə ilə əməkdaşlıq edib.

Cəmiyyətin əsas fəaliyyət istiqamətlərinə maliyyə, mühasibatlıq, vergi, hüquq, insan resurslarının idarə olunması, satınalma uçotunun qurulması və idarə edilməsi, eləcə də qeyd olunan sahələr üzrə təlim-tədris proseslərinin təşkili daxildir.

“İmperiya Consulting” MMC-nin kadr potensialı da diqqət çəkir. Belə ki, müəssisədə 15 nəfərlik peşəkar komanda fəaliyyət göstərir. Komanda tərkibində auditor lisenziyasına, peşəkar mühasib sertifikatlarına malik mütəxəssislər yer alır. Şirkətin rəhbər heyəti isə maliyyə bilikləri ilə yanaşı, xarici dil biliklərinə də malik şəxslərdən formalaşıb.

Hazırda maliyyə konsaltinqi bazarında rəqabətin yüksək olduğu bir şəraitdə qeyri-peşəkar xidmət göstərən şirkətlərin sayının artması müşahidə olunur. Lakin “İmperiya Consulting” MMC bu kateqoriyaya daxil olmayan, xidmətlərini qanunvericiliyin tələblərinə uyğun və şəffaf prinsiplər əsasında həyata keçirən müəssisələrdən biri kimi fəaliyyət göstərir.

Şirkət bir sıra dövlət və qeyri-dövlət qurumları ilə əməkdaşlıq edərək müəssisələrin maliyyə-mühasibat uçotunun düzgün qurulmasını təmin edib, eyni zamanda müvafiq dövlət orqanları qarşısında öhdəliklərin vaxtında və şəffaf şəkildə yerinə yetirilməsinə nəzarət edib. Bununla yanaşı, “İmperiya Consulting” MMC maliyyə, mühasibatlıq, vergi, insan resurslarının idarə olunması, iqtisadi analitika və satınalma sahələri üzrə təlim-tədris proqramları da həyata keçirir. Şirkət bu istiqamətdə kadr ehtiyatı bazası formalaşdıraraq gənc mütəxəssislərin əmək bazarına inteqrasiyasına və vakant iş yerləri üzrə işlə təmin olunmasına dəstək göstərir.

Yeni fəaliyyətə başlayan, eləcə də uçot və maliyyə sahəsində çətinliklərlə üzləşən müəssisələr üçün “İmperiya Consulting” MMC bazarda optimal maliyyə həlləri təqdim edən təşkilatlardan biri kimi qiymətləndirilir.

Şirkət nümayəndələrinin sözlərinə görə, etibarlılıq, şəffaf hesabatlılıq, sahibkarlıq fəaliyyətinin davamlı təhlili və maliyyə resurslarından səmərəli istifadə prinsipləri onların əsas iş yanaşmasını təşkil edir.

Əlaqə: +994 77 677 88 88