Manaf Ağayevlə Füzulidə “AA” seriyalı maşını sürən kimdir? - Fotolar

manaf-agayevle-fuzulide-aa-seriyali-masini-suren-kimdir
Oxunma sayı: 37299

Xəbər verdiyimiz kimi, müğənni Manaf Ağayev Füzuli rayonuna qanunsuz səfər edib və bu səbəbdən saxlanılıb. İfaçının səfərlə bağlı çəkdirdiyi video da sosial şəbəkələrdə geniş yayılıb.

Sözügedən videoda müğənninin avtomobilinin yanında görünən 10-AA-307 dövlət nömrə nişanlı maşının kimə məxsus olması da maraq doğurub.

“Qafqazinfo”nun araşdırması nəticəsində məlum olub ki, maşını idarə edən şəxs Sənan Nizami oğlu Hüseynovdur. 1983-cü ildə Füzuli rayonunda anadan olan S. Hüseynov biznesmendir. Onun qardaşı Əliş Hüseynov da iş adamıdır. 

Müğənni Manaf Ağayevlə yaxın dost olan Sənan Hüseynov, digər şou-biznes nümayəndələri tərəfindən də tanınan simadır.

Emin Səfərov

Xəbəri rus dilində oxuyun: Кто управлял автомобилем серии "AA" в Физули вместе с Манафом Агаевым? - Видео

В дом Рамиша Джафарова проникли "люди в черных масках"? - Заявление МВД

Трагедия двух сестер в Азербайджане - в один день погибли 8 человек