“Mançester Siti” “Liverpul”u məğlub etdi

mancester-siti-liverpulu-meglub-etdi
Oxunma sayı: 499

İngiltərə Premyer Liqasının 25-ci turunda çempionluq yarışı üçün həlledici əhəmiyyət kəsb edən mərkəzi qarşılaşma baş tutub.

“Qafqazinfo” xəbər verir ki, “Liverpul” öz meydanında “Mançester Siti”ni qəbul edib.

“Enfild” stadionunda keçirilən və gərginliyi ilə seçilən matç qonaqların 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 50-yə yüksəldən “Mançester Siti” ikinci pillədəki mövqeyini qoruyub. 39 xalda qalan “Liverpul” isə altıncı pilləyə enib.