“Mançester Siti”yə 3 qol vurmuşdu - Ən yaxşı seçildi

mancester-sitiye-3-qol-vurmusdu
Oxunma sayı: 917

Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Viktor Dyökereş azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

O, səsvermədə Luis Dias (“Liverpul”), Nikolas-Herrit Kyun (“Seltik”) və  Kərim Konateni (“Zaltsburq”) qabaqlayıb.

Qeyd edək ki, Dyökereş Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Mançester Siti”yə (İngiltərə) 4:1 hesabı ilə qalib gəldikləri matçda het-trik edib.

26 yaşlı isveçli hücumçu cari mövsüm qitənin ən nüfuzlu klub turnirində meydana çıxdığı 4 görüşdə 5 qol vurub.