UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Sabah”ın rəqibi olan “Mançester Yunayted” Azərbaycan klubu ilə bağlı paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, paylaşımda ölkə çempionumuz haqda məlumatlar verilib.
Diqqətçəkən məqam odur ki, “Sabah”ın yarandığı il qeyd edilərəkən ironik mövqe göstərilib.
Belə ki, videoda Mançester Yunayted Akademiyasının futbolçularının “Sabah”dan daha böyük olduğu vurğulanıb.
Qeyd edək ki, “Sabah” Futbol Klubu 2017-ci il sentyabrın 8-də yaradılıb.
Sözügedən paylaşımı təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər