Son zamanlar Türkiyənin böyük maraqla dinlənilən musiqi qruplarından biri olan “Manifest” karyerasını Londondan davam etdirəcək.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə qrupun qurucusu Tolga Akış açıqlama verib.
Onun sözlərinə görə, üzvlərin birlikdə yaşadığı Türkiyədəki ortaq ev sentyabr ayında bağlanacaq.
Qrupun qurucusu bildirib ki, “Manifest” bundan sonra beynəlxalq layihələrini Londondan idarə edəcək. O həmçinin qrupun yaxın vaxtlarda qlobal bir prodüser şirkəti ilə əməkdaşlıq üçün danışıqlara başlayacağını vurğulayıb.
Qeyd olunub ki, bu addım “Manifest”in gələcəkdə “Wembley Stadium” səhnəsində çıxış etmək hədəfinə doğru atdığı ən önəmli addımlardan biri hesab olunur.
Son xəbərlər
Son Xəbərlər