“Maraqlısı odur ki, bu vəsaitlərin böyük hissəsi dövlətə qayıdır”

maraqlisi-odur-ki-bu-vesaitlerin-boyuk-hissesi-dovlete-qayidir
Oxunma sayı: 260

“104 mindən çox müəllimin sertifikasiyası həyata keçirilib. 91 mindən çox müəllimin əməkhaqqısına əlavələr edilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Vacib bir məsələ ondan ibarətdir ki, son illər ərzində məktəbəhazırlıq qrupları və icma əsaslı qruplar alternativ modelləri istifadə edirik. Bu ildən etibarən 8000 uşağı valideyn-dövlət-özəl tərəfdaşlığına cəlb etmişik. Xidməti özəl müəssisə göstərir. Dövlət hər bir uşaq üçün özəl məktəbəqədər təhsil müəssisəsindəki təhsil haqqının 70%-ni ödəyir. Hazırkı qiymətlərlə Bakıda aylıq 300 manat, 350 manatdan çox, regionlarda isə aylıq 250 manatdan çox olmamaq şərtilə nəzərdə tutulub. Növbəti il bu təşəbbüs üçün 37.5 milyon manat nəzərdə tutulub. Biz düşünürük ki, 12 min uşağı özəl sektorun inkişafı ilə məktəbəqədər təhsilə cəlb edəcəyik. 

2030-cu ilə qədər olan planımız 30 min uşağı əhatə etməkdir. Maraqlı bir məqam ondan ibarətdir ki, burada ayrılan vəsaitlərin böyük bir hissəsi dolayısı olaraq yenidən dövlətə qayıdır. Əgər bu islahatı biz tam olaraq yerinə yetirsək, 18 milyon manat Dövlət Sosial Müdafiə Fonduna, 12 milyon manat isə Dövlət Vergi Xidmətinə vergi gəlirləri olaraq qayıdacaq. Bu islahat bütünlükdə minlərlə Azərbaycan qadını üçün məşğulluğa cəlb olunma imkanıdır. Eyni zamanda 6000 nəfər vətəndaşımız üçün məşğulluq imkanıdır”, - nazir müavini qeyd edib.

Nuranə Daxilqızı