Qadın güləşi üzrə Azərbaycan yığmasının üzvü Mariya Stadnik Paris Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, o, ilk görüşünü almaniyalı Anastasiya Blavyasa qarşı keçirib.
Stadnik bu görüşdə 6:2 hesablı qələbə əldə edib.
***
Mariya Stadnik 1/4 finalda Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla görüşüb. O, rəqibinə 3:4 hesabı ilə uduzub.