Marneuli bazarında azərbaycanlı ata və oğlu güllələndi - Ölən var

marneuli-bazarinda-azerbaycanli-ata-ve-oglu-gullelendi
Oxunma sayı: 6420

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzi bazarında atışma baş verib, ata və oğlu güllələnib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, silahlı insident qızıl mağazasında qeydə alınıb.

Ağır yaralanan 27 yaşlı azərbaycanlı gənc xəstəxanada ölüb. Atasının vəziyyəti stabil ağır kimi qiymətləndirilir.

Ata və oğlunun özlərinə məxsus zərgərlik mağazasında güllələndikləri bildirilir.

Hadisəni törədən şəxsin kimliyi araşdırılır.