Masallı şəhərinin ərazisində baş verən silahlı insident nəticəsində 34 yaşlı Ramazan Rzayevin xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Masallı şəhər sakini 36 yaşlı İ.Əkbərli aralarında yaranan şəxsi münaqişə zəminində ov tüfəngindən ilə R.Rzayevin ayaq nahiyəsinə xəsarət yetirib.
İ.Əkbərli polis əməkdaşları tərəfindən saxlanılıb və ondan hadisəni törədən zaman istifadə etdiyi tüfəng aşkarlanaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər