Masazırda binanın girişində meyit tapıldı

masazirda-binanin-girisinde-meyit-tapildi
Oxunma sayı: 662

Abşeron rayon Masazır qəsəbəsindəki binanın girişində kişi meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə martın 18-i saat 13 radələrində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü İmişli sakini Sadıq Sadıqovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti qəsəbədəki 29 saylı binanın girişində aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.