Masazırda içməli su xəttində qəza - Küçə bu hala qaldı+Video

masazirda-icmeli-su-xettinde-qeza
Oxunma sayı: 384

Abşeron rayonunun Masazır qəsəbəsində kanalizasiya sistemində yaranan problem sakinlərin ciddi narazılığına səbəb olub.

“Qafqazinfo”ya daxil olan məlumata görə, qəsəbənin Qaçaq Nəbi küçəsində kanalizasiya suları küçəyə daşıb.

Sakinlərin sözlərinə görə, üfunət və çirkab suların yola yayılması nəticəsində ərazidə hərəkət çətinləşib. Çirkab suların yaxınlıqdakı məktəbə gedib-gələn şagirdlər üçün də problemə çevrilib.

Hazırda ərazidə antisanitar vəziyyət hökm sürür. Sakinlər qeyd edirlər ki, problem küçədə tez-tez təkrarlanır.

Onların sözlərinə görə, ərazidə vaxtaşırı kosmetik işlər aparılsa da, bir müddət sonra eyni problem yenidən yaranır.

Problemlə bağlı Abşeron rayonu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsindəki içməli su xəttində qəza baş verməsi ilə bağlı rayonun su meliorasiya sistemlərinin istismarı idarəsinə məlumat daxil olan kimi briqada əraziyə cəlb olunub.

“Hazırda qəzanın aradan qaldırılması məqsədilə qəza-bərpa işləri həyata keçirilir”, - deyə məlumatda qeyd edilib.