Maşın 50 metr hündürlükdən dərəyə aşdı - 4 nəfər xəsarət aldı

masin-50-metr-hundurlukden-dereye-asdi
Oxunma sayı: 295

Cəlilabad rayonunda yol-nəqliyyatı hadisəsi baş.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Soltankənd–Zəhmətabad avtomobil yolunda qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan “BMW” markalı minik avtomobili təxminən 50 metrlik hündürlükdən dərəyə aşıb.

Qəza zamanı avtomobildə olan Yardımlı rayon sakini, 1980-ci il təvəllüdlü  Elburus Qafarov, Sumqayıt şəhər sakinləri - 2003-cü il təvəllüdlü Zəhra Qafarova, 2012-ci il təvəllüdlü S. Qafarov və 2025-ci il təvəllüdlü M. Məmmədova müxtəlif dərəcəli xəsarətlərlə rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov